“Togg” almaq istəyənlərə şad xəbər: 2024-cü ildən…backend

Türkiyənin yerli istehsalı olan “Togg T10X” avtomobilini sifariş etmək hüququ qazanan iştirakçılar üçün lotereya keçirilib.

“Yeni Gundem” xəbər verir ki, öncədən sifariş prosesində iştirak edən 177 min 467 nəfər arasında qaliblər açıqlanıb.

Püşkatmanın nəticələri Toggun rəsmi saytında açıqlanıb. Togg almaq hüququ olan 20 min şanslı qalibə çatdırılma 2024-cü ildə ediləcək.

2023-cü il tədarükləri üçün ehtiyat siyahıdan əsas siyahıya keçə bilməyənlər, 2024-cü ilin yanvar ayından etibarən təyin olunacaq yeni paket və konfiqurasiya variantları ilə “T10X” sifariş edə biləcəklər. Bu sifarişi verənlər 2024-cü ilin iyun ayına qədər heç bir tirajda iştirak etmədən smart cihazlarını ala biləcəklər. Digər tərəfdən, əsas və ehtiyat siyahıda olmayan istifadəçilər tərəfindən edilən 60 min TL-lik ödənişlər “Trumore” şəbəkəsi vasitəsilə geri qaytarılacaq.

Qeyd edək ki, “T10X” 314 kilometr məsafə qət edir və 160 kVt/218 at gücü və 350 Nm fırlanma anı hasil edən “T10X RWD” (arxa ötürücülü) mühərriki ilə təchiz edilib. Eyni avtomobildə 52,4 kVt/saat tutumlu akkumulyator seçimi 16,7 kVt/100 km enerji sərfiyyatı təklif edir. Standart “T10X” diapazonunda iki trim səviyyəsi var. Giriş versiyası 953 min lirə olduğu halda, ən təchizatlı avtomobil 1 milyon 55 min lirəyə satılacaq.

Azxeber.com