Tokayev Azərbaycana gəlirbackend

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək.

“Yeni Gündəm” xəbər verir ki, iki liderin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Danışıqlar zamanı strateji partnyorluğun inkişafı, o cümlədən iqtisadi-ticarət, nəqliyyat-logistika və mədəni-humanitar əməkdaşlıq müzakirə olunacaq.

Danışıqların yekunu olaraq ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.