Tokayev Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edibbackend

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib.

O, bu barədə Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.

“Hörmətli cənab İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmlənməsi münasibətilə təbrik edirəm! Ölkəniz ərazi bütövlüyünü bərpa etdi və yeni inkişaf dövrünə qədəm qoydu”, – Qazaxıstan Prezidenti qeyd edib.