Bu gün Özbəkistan və Qazaxıstan Prezidentlərinin qeyri-rəsmi görüşü olub.
“Yeni Gundem” xarici mediaya istinadən xəbər verir ki,görüş Çimkənddə baş tutub.
Özbəkistan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Ən yüksək səviyyədə əldə olunmuş razılaşmalara uyğun olaraq əməkdaşlıq layihələrinin sürətləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Dövlət başçıları iki ölkə baş nazirinin müavinlərinin, xüsusi işçi qrupları həmsədrlərinin imzalanmış sazişlərin icrasının gedişi və qəbul olunmuş qərarlarla bağlı məruzələrini dinləyiblər. “Prezidentlər sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində praktiki əməkdaşlığın genişləndirilməsi ilə bağlı dəqiq tapşırıqlar veriblər”, – Özbəkistan prezidentinin mətbuat xidməti bildirib.
Mədəni-humanitar mübadilənin aktivləşdirilməsinin vacibliyi qeyd edilib. Regional əhəmiyyət kəsb edən cari məsələlər, gələcək tədbirlər planı da nəzərdən keçirilib.
Ağ Ordanın mətbuat xidməti həmçinin bildirib ki, “Qazaxıstan və Özbəkistan liderlərinin qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq ruhunda keçirilən görüşündə iki ölkə arasında müttəfiqlik münasibətlərinin hazırkı vəziyyəti və möhkəmlənmə perspektivləri müzakirə olunub. ətraflı müzakirə olunub.”
“Prezidentlər ticarət-iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetiriblər. O cümlədən, qarşılıqlı ticarətin həcminin artırılması, investisiyaların cəlb edilməsi, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
Həmçinin regional gündəlikdəki cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Fərahim Rəhimov