Tokio Prokurorluğunun rəhbəri Hiromu Kurokava karantin pozuntusu və qumar oyunları ilə əlaqədar son günlər yaşanan qalmaqal səbəbindən istefa vermək niyyətindədir.
“Yeni Gündəm” xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
Məlumata görə, Kurokava istefasını ətrafındakılara açıqlayıb. Sonra Yaponiyanın ədliyyə naziri Masako Mori Kurokavanın taleyi ilə bağlı qərarın günün sonuna qədər veriləcəyini elan edib və qərarın “sərt” olacağını bildirib.
Hakimiyyətin əhalini maarifləndirməyə və əlaqələri 70-80% azaltmağa çalışmasına baxmayaraq prokuror Kurokava iki dəfə tanıdığı bir jurnalisti ziyarət edib. Yaponiyada özünü təcridetmə çağırışlarına əməl etməməyə görə cərimə və cəzalar tətbiq edilmir. Və prokurorun davranışı ictimai qınağa baxmayaraq, birbaşa qanun pozuntusu deyil. Yoldaşları ilə görüşəndə o, pulla madjong oynayıb. Yaponiyada isə qumar oyunlarına qadağa qoyulub.
Hadisə prokurorlar haqqında qanuna dəyişiklik edilməsi ilə bağlı parlamentdə müzakirələr aparılarkən tirajlanıb. Müxalifətin diqqət yetirdiyi müddəalardan biri də pensiya yaşının uzadılmasıdır. Müxalifət partiyalarının bildirdiyinə görə, bu düzəliş, xüsusən baş prokuror olan hökumətin dostu Kurokava üçün tətbiq edilmişdir.