Tolikdən “Azercell”ə sərt sözlər: “Haram xoşunuz olsun!”backend

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) azercell-dən şikayətlənib. 

“Yeni Gündəm” xəbər verir ki, o, bilmədən ona borc yazıldığını iddia edib:

“Azercell-ə zəng etmişəm. İş nömrəm var, istifadə etmirəm. Balansımda 50 manat pul var idi. Zəng vurdum ki, onu aktiv edim, çünki artıq istifadə olunacaq. Deyir ki, sizin 106 manat borcunuz var. Deyirəm, necə olur? Cavab verdi ki, bilmədən 291 meqabayt internet istifadə etmisiniz. Bunun qiyməti 106 manatdır. Özü də 3 manatlıq tarifdə. Ayda 50 geqabaytı 30 manata alıram. Bunlar əgər internetin yoxdursa, istifadə edilirsə, 291 meqabayta 106 manat borc yazırlar. Bu pulu sizə ödəyəcəm, amma halal etmirəm. Haram xoşunuz olsun. İnsanları belə aldadırsınız”.