Toppuş bacının HƏKİMİ danışdı: “Mədəsində kapilyar partlayıb, öldürmüşük, diriltmişik”backend

Xəbər verdiyimiz kimi, “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva ötən axşam xəstəxanaya yerləşdirilib.

Sənətçinin son vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün “Bizimləsən” ictimai-sosial verilişi “Milli Onkologiya Mərkəzi”ndən canlı bağlantı qurub.

Şüa terapiya şöbəsinin müdiri, həkim Niyazi Novruzov aktrisanın səhhəti ilə bağlı açıqlama yayıb. O bildirib ki, ötən axşam Tünzalə mədə qanaxması ilə xəstəxanaya gəlib.

“Tünzalə xanım ötən axşam mədə qanaxmasından planlı şəkildə şöbəyə daxil olub. Tədbir görülüb. Bu gün müayinələr aparıldı və nəticədə məlum oldu ki, mədədə kapilyar partlayıb. Orada qanaxma olub. Hazırda qanaxma yoxdur. Onun hemoqlobini aşağıdır. Tünzalə xanım müalicəsini davam etdirir.

Ona qan köçürülür. İki-üç gündən sonra şüa müalicəsini planlaşdırırıq.  Baş-beynə şüa müalicəsi aparacağıq. Müalicəmiz iki həftə davam edəcək. Ay yarımdan sonra baş-beynin “MRT” müayinəsi aparıldıqdan sonra əminəm ki, orada yerləşən metostazların hamısı təsdiqini tapacaq”, – deyə N.Novruzov bildirib./Bizim.media