“Torpağımızı işğal altında qoymayacağıq, düşmənə verməyəcəyik” – Naqif Həmzəyevbackend

Tovuz rayonu istiqmətindəki proseslər Azərbaycan xalqının əzmini bir daha göstərdi. Evi dağılan, heç bir əşyası ələ gəlməyən insanlar kəndlərini tərk etmir, öz həyətlərində gecələyirlər. Bu da onu göstərir ki, biz bir qarış da olsa, torpağımızı işğal altında qoymayacağıq, düşmənə verməyəcəyik. Azərbaycan artıq güclü bir dövlətdir və istənilən zaman hərbi güc tətbiq edib torpaqlarını işğaldan azad edə bilər.

 Bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı:

Deputat Həmzəyev bildirib ki, bu günlərdə ABŞ Konqresinin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəliş qəbul edilib.

“Bu düzəliş tarixi bir düzəlişdir Çünki burada qeyd olunur ki, ABŞ Dövlət Katibi Müdafiə naziri ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan respublikalarında məcburi köçkünlərin statusu barədə Konqresin müvafiq komitələrinə 180 gündən gec olmamaq şərtilə hesabat verməlidir. Hesabata 1991-ci ildən bu yana xarici qüvvələr tərəfindən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın qanunsuz işğal olunmuş bölgələrindən məcburi köçürülən və qətlə yetirilən vətəndaşların sayı daxil edilməlidir. Bununlada bütün dünya dövlətləri və ictimaiyyəti Ermənistan tərəfindən ardıcıl olaraq azərbaycanlılara və ərazimizə qarşı olan işğal faktının daha bir sübutunu görmüş olacaqlar. Erməni aqressiyasının artıdığı bu günlərdə məhz onların gözləmədikləri bəlkədə bunun əksini gözlədikləri proseslər baş verdi”.

Millət vəkili əlavə edib ki, bu düzəlişin mətnində Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməsı tələb edilir.