Torpaq sürüşməsi: 67 nəfər öldü, 30-u itkin düşdübackend

Hindistanın qərbində musson yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 67 nəfər ölüb, 30-dan çox insan itkin düşüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Hindistanın Maharaştra əyalətindəki hökumətin sözçüsü Saqar Pathak məlumat verib.

70 min nəfər əhalisi olan sahilyanı Çiplun qəsəbəsinin sakinlərinin evlərini su basıb. Bu və su altında qalan başqa rayonların yerli hökuməti ordu, sahil mühafizə xidməti və Təbii Fəlakətlərlə Mübarizə Qüvvələrindən təxliyə üçün yardım istəyib.