Torpaq uğrunda ölən varsa Vətəndir- 27 sentyabr “Anım günü”backend

Uzun illər ərzində işğal altında olan Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün Şanlı Azərbaycan ordusu  göstərilən təlimata uyğun hərəkətə keçmiş və öz canları bahasına doğma diyarımız- Qarabağımızı işğaldan azad etmişdir. Məhz bu qələbəyə vətən uğrunda canlarını fəda edən fədailərimiz sayəsində nail olmuşuq.  Bu gün 27 sentyabr tarixi Azərbaycan xalqı üçün unudulmaz tarixdir.  Torpaq uğrunda, Vətən uğrunda canını-qanını qurban verən fədailərimizin əziz xatirəsinin əbədiləşdirildiyi tarixdir. Bu gün biz Qarabağa ayaq basa biliriksə, bu torpağın altda yatan canlar sayəsindədir. Xalq olaraq, millət olaraq daima 27 sentyabr tarixi Şəhidlərimizin əziz xatirəsi naminə yad edilməlidir. Biz bu ölkənin fərdləri olaraq ayrı-ayrı hər birimiz şəhidlərimizlə fəxr etməli, onların adın daima yaşatmalıyıq. Bizim mübarizəmiz  nəyin ki, torpaq mübarizəsi idi, bizim mübarizəmiz namus, şərəf, ləyaqət mübarizəsi, öz mənliyimizi, gücümüzü göstərmə mübarizəsi idi. Bu döyüşdə qələbəyə nail olduq və Azərbaycan olaraq, xalq, dövlət olaraq yenilməzliyimizi sübuta yetirdik. Bunların hər biri vətənimin igidləri sayəsində olmuşdur. 44 günlük bu tarix bizim şanlı tariximiz olaraq  yaddaşlara yazıldı.  Bir yumruq kimi birləşərək qazandığımız qələbə sayəsində düşmən bir dəfəlik torpaqlarımızdan dəf edildi.

Bu gün azad olunan torpaqların həyata qaytarılması üçün  birlikdə səy göstərilir.

44 günlük əzmkar davranış bizi qələbəyə aparmış,  300-ə yaxın şəhər və kəndin azad olunmasına şərait yaradılmışdır. Şəhidlərimizin al qanı ilə qazanılan bu nailiyyəti qoruyub saxlamaq isə bizim borcumuzdur.

Hər bir Azərbaycanlı daima  fəxr etməlidir ki, bu torpağın övladıdır. O torpaq ki, 44 gün ərzində özünü basılmaz sanan düşməni məhv etmiş, öz haqqı olanı əldə etmişdir.

Hər birimizin başda xalqın nümayəndəsi olaraq, bir vətəndaş olaraq  həm  borcu, həm də başlıca vəzifəsidir ki, daima müstəqilliyin keşiyində dursun. Xalq bir də imkan verməyəcək ki, düşmən baş qaldırsın və bir daha bizim üçün təhdid yaratsın. Bütün yaranan təhdidlərin qarşısı da daima alınmağa davam edəcək.

Bizim bu qələbəyə yiyələnməyimiz üçün canında keçən hər bir Şəhidimizə Allahdan rəhmət diləyirik. İgidlərimizin  haqqı heç zaman ödənilməyəcək.

İsmayılova Aygün / YAP-ın üzvü