“Torqovı”da yanğın: 3 yanğınsöndürən maşın gəldi – VİDEObackend

“Yeni Gündəm” xəbər verir ki, hadisə Mərdənov qardaşları küçəsi 3 ünvanında yerləşən beşmərtəbəli binanın yaxınlığında yanğın başlayıb.

Sakinlər bildirir ki, binaya bitişik olan restoran təhlükəsizlik qaydalarını pozub. Mətbəxin tüstü bacasından bina ilə restoranın arasında olan taxta tullantılarının üzərinə alov düşüb. Nəticədədə yanğın baş verib. Əraziyə FHN-nin 3 yanğınsöndürən maşını və canlı briqadası cəlb edilib. Alovun qarşısı alınıb.

Bundan əlavə sakinlər iaşə obyektinin qanunsuz olaraq balkon tikdiyini də qeyd ediblər.

Daha sonra hadisənin baş verdiyi ünvana Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rövşən Süleymanov gəlib. Sakinlərin şikayəti dinlənilib. Şöbə müdiri APA-nın ərazidə olan əməkdaşının sualına cavab verməyib. Bildirilib ki, hazırda araşdırma işləri aparılır.