Tosu Zəngilanlının ailə üzvləri elə şeylər danışdılar ki… – internetin fenomen etdiyi şəxs haqqında bilinməyənlər – VİDEObackend

“TikTok”dakı videoları ilə tanınan Tosu Zəngilanlı (Əbülfət Abbasov) bir neçə gün öncə vəfat edib.

Bəs hər kəsin Tosu Zəngilanlı kimi tanıdığı bu şəxs əslində kimdir?

Tosu Zəngilanlının əsl adı Əbülfət, soyadı isə Abbasovdur. Abbasov Əbülfət Rüstəm oğlu 1993-cü ilin 11 sentyabrında Sumqayıt şəhərində anadan olub.

Əbülfət adını ona müharibə vaxtı şəhid olan dayısının xatirəsinə görə qoyublar. Zəngilan işğal olunanda anası Tosuya hamilə olub. Lakin Zəngilanın ermənilər tərəfindən işğalı zamanı Tosunun anası ağır stress keçirib və nəticədə Tosu Zəngilanlı, yəni Əbülfət Abbasov dünyaya fiziki qüsurlu olaraq gəlib.

Onun haqqında sosial şəbəkələrdə xeyli yalan-doğru məlumatlar yayılır. Bu barədə ailəsi nə deyir?

“Tv Musavat”ın əməkdaşları Tosu Zəngilanlının evinə gedib, ailəsi, yaxınları ilə həmsöhbət olublar.