Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi – SON DƏQİQƏbackend

“Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artileriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.