Tovuzda müəmma: Ova gedən dostlardan biri yoxa çıxdı – VİDEObackend

Tovuzda ova gedən dostlardan biri müəammalı şəkildə yoxa çıxıb.

Dörd dost evdən balıq tutmaq üçün Kür çayına üz tutubar. Geriyə qayıdan dostlardan biri isə itkin düşüb. Rayonun Qədirli kənd sakini 47 yaşlı Eldəniz Məmmədovun taleyi barədə fərqli fərziyyələr irəli sürülür.

Onun ailə üzvləri bildirir ki, Eldəniz və dostları ova onların evindən gediblər. O, evdən çıxarkən rezin qayıq, ov tüfəngi və patron qatarı, balıq tutmaq üçün elektik artıran cihaz və rezin çəkmə götürüb.

Onunla birlikdə gedən və ən axırıncı evə qayıdan dostlarından biri də Qaraxanlı kənd sakini Qalib Vəlixanovdur. Onun sözlərinə görə, onlar çaya düşən zaman hava şəraiti ov üçün əlverişli olmayıb.

Hadisə ilə bağlı Tovuz rayon Polis Şöbəsinə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, hazırda axtarış tədbirləri gücləndirilmiş rejimdə davam edir, bütün imkanlardan istifadə olunur.