Tovuzda qəza olub ölən və xəsarət alanlar varbackend

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Gündəm”-in məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını ilə “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

APA