Tovuzun qəzalı vəziyyətdə olan kənd məktəbləri, real təhlükə ilə üz-üzə qalan şagirdlər – REPORTAJbackend
Divarları çat, döşəməsi və tavanı qəzalı. Söhbət Tovuz rayonunun Hunanlar kəndində fəaliyyət göstərən orta tədris müəssisəsindən gedir.
“Yeni Gündəm”in verdiyi məlumata görə, hazırki vəziyyətdə istər müəllimlərin dərs deməsi, istərsədə şagirdlərin  keydiyyətli tədris alması sadəcə mümkün deyil. Qəzalı sinif otaqlarını qış aylarında isitmək isə bir ayrı problemdir. İnfi sakinlər deyir ki,Təhsil Nazirliyi kəndə yeni məktəb tiksin.
 “İstismar müddətini başa vurub.  Gördüyünüz kimi qəzalı vəziyyətdədir. Pəncərələrin şüşələri yoxdur, tavanlar uçur.  Yağış yağanda damır.  Valideyinlər  məktəbin tavanının  uşaqların üzərinə uçmasından qorxur.  Bəzi valideyinlər artıq övladlarını çıxarıb tam başqa məktəbə aparırlar.”-deyə kənd sakini Sabutay Alıyev bildirir.
Bənzər  vəziyyət Tovuzun Araz Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta məktəbində də yaşanır. Bu təhsil ocağının da əsaslı təmirə ehtiyacı var.  325 şagirdin təhsil aldığı  məktəbdə 20 sinif otağı var. Bütün sinif otaqları tam qəzalı və acınacaqlı vəziyyətdədir. Məktəbin belə halda olması ən çox uşaqlarını bu məktəbə oxumağa göndərən kənd sakinlərini narahat edir. Buna görə də son illər uşağını bu mətkbədən çıxarıb rayon mərkəzindəki məktəblərə aparanlar da az deyil. Kənd sakini Ziyəddin Hüseynov deyir ki, indiki vəziyyətdə məktəb real təhlükə mənbəyidir
“Bu məktəbə məktəb demək olarsa əgər, 100 il əvvəl inşa olunmuş bir binadı. Bu bina təhsil üçün tam yararsız vəziyyətdədir. Buranın vaxtilə savadlı müəllimləri qəbula görə respublikada birinci sırada olub. Bu vəziyyətdə olandan sonra savadlı təhsilli müəllimlər şəraitli müasir məktəblərə gedib. Bura heç kim uşaqlarını qoymaq istəmir. Çünki hər gün uşaqların həyatı təhlükədədir. Beton pilitələr aralanıb hər gün düşmək təhlükəsindədir”.
Məktəbin qəzalı və bərbad vəziyyətdə olmasını valideynlərlə yanaşı elə məktəbin direktoru da təsdiqləyir.
“Divarlarda çatlar dərinləşib, pilitələr biri birindən aralanıb. Belə təhlükəli vəziyyətdə də valideynlər öz uşaqlarını çıxarıb şəraitli məktəblərə aparırlar. Validenylər kimi biz də istiyirk ki uşaqlar şəraitli məktəbdə təhsil alsınlar. Məktəb 3 korpusdan ibarətdir. Birinci korpus 1938 ci ildən də əvvəl tikilib”-deyə məktəbin direktoru Rahilə Həsənova etiraf edir.
Məlumat üçün bildirək ki, Tovuz rayonununda 84 ümum təhsil məktəbi fəaliyyət göstərir. Onlardan müayinələr zamanı 11-nin qəzalı vəziyyətdə olması müəyyən edilib. Hunanlar və  Araz Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta məktəblərinin qəzalı vəziyyətdə olması ilə bağlı rayon təhsil şöbəsi tərəfindən aidiyyatı qurumlara məlumat verilib.7NEWS.az