“Toy gecəsi bildi ki,mənim…” – gəlindən şok sözlərbackend

Gəncədə 15 yaşlı qızla cinsi əlaqədə ittiham olunan 1993-cü il təvəllüdlü Daşkəsən rayon sakini Tural Hüseynovun məhkəməsi başa çatıb.

Tural Hüseynov 2005-ci il təvəllüdlü Səidə Əhmədova (ad və soyad şərti verilib – red.) ilə 2019-cu ildə qeyri-rəsmi formada evlənib. O, ər-arvad münasibətində olduğu Səidə ilə mütəmadi cinsi əlaqədə olub.

İstintaqın gəldiyi nəticəyə görə, Tural onunla qeyri-təbii yolla da cinsi əlaqədə olub.

“Tanış olmaq fikrinə düşdüm”

Tural Hüseynovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Səidə Əhmədova onun qohumudur: “Özümə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul oluram. 2019-cu ilin əvvəllərində Səidənin xalası Gəncə şəhər xəstəxanasında müalicə olunan vaxt onun anası mənə zəng etdi, taksi lazım olduğunu bildirdi. Mən də subay olduğumdan və evlənmək barədə düşündüymdən Səidə ilə yaxından tanış olmaq qərarına gəldim. Səidə haqqında anama bildirdim. Anam 2019-cu il mart ayının 8-də qohumlarımla Səidəgilə elçi getdilər.

Elçilik zamanı anamgil Səidənin yaşı ilə maraqlanıb. Onun 17 yaşı olduğunu bildiriblər”.

“Sənəd istəyəndə…”

Təqsirləndirilən şəxsin sözlərinə görə, hətta Səidənin 17 yaşını birlikdə qeyd ediblər: “Gəncə şəhərində yerləşən “Sevincim” şadlıq evinə gedərək toy üçün hazırlığa başladıq.

Toyun vaxtını təyin etdik, şadlıq evinə beh də verdik. Toydan əvvəl nikah bağlamaqüçün Səidənin şəxsiyyət vəsiqəsini istədik. Səidənin anası qızının sənədləri olmadığından gözləməyimizi xahiş etdi. Savadsızlığımdan nikahı rəsmişləşdirmək üçün gözləmədik”.

“Yaşamağa başladıq”

Tural Hüseynov bildirib ki, Gəncə şəhərində yerləşən“Sevincim” şadlıq evində Səidə ilə toyları olub:

“Həmin toy məclisində həm Səidənin,həm də mənim qohumlarım iştirak etdilər. Qız evi tərəfdən Səidənin dayısının arvadı yengə oldu. Toy məclisi qurtardıqdan sonra ikimiz yaxın qohumlarla Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə getdik. İlk dəfə Səidə ilə öz razılığı əsasında təbii yolla cinsi əlaqədə oldum. Bundan sonra Səidə ilə ər-arvad münasibətlərində yaşamağa başladıq”.

“Açıq-saçıq geyinmişdi”

Tural Hüseynov qeyd edib ki, toydan 20 gün keçdikdən sonra onlar Səidənin anasından nikah bağlamaq üçün sənədləri istəyəndə, yenə sənədləri verməyiblər: “2019-cu ilin dekabr ayının ortalarında səhər tezdən işə gedəndə gördüm ki, Səidə açıq-saçıq paltar geyinib, çölə çıxıb.

Səidəni danladım və əyninə paltar geyinməsini tələb etdim. Sonra işə getdim. İşdən qayıdanda gördüm ki, Səidə mənə etiraz edərək xalatını doğrayıb. Onun bu hərəkətləri məni əsəbiləşdirdi. Bu barədə zəng edərək Səidənin valideynlərinə dedim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin günün səhəri Səidənin valideynləri gəlib, onu öz evlərinə aparıblar: “Səidə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Odur ki, təqsirimin olmamasının nəzərə alınmasını, barəmdə bəraət hökmü çıxarılmasını istəyirəm”.

“Anam da sözlərinə inandı, razılıq verdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Əhmədova bildirib ki, Tural Hüseynov onun uzaq qohumudur: “Turalla münasibətlərimiz yarandıqdan sonra tez-tez yaşadığım binanın qarşısına gələrək mənə sevgisini bildirdi. 2019-cu ilin təxminən iyun-iyul aylarındaTuralın ailəsi bizə elçi gəldi.

Valideynlərim yaşım tamam olmadığını bildirsələr də, Turalın anası anama söz verdi ki, 18 yaşı tamam olduqdan sonra toy edəcəklər. Anam da onun sözlərinə inandı, məni Turalla nişanlanmağıma razılıq verdi”.

“Yumruq-şillə ilə məni döydü”

Səidə Əhmədovanın sözlərinə görə, 2019-cu ilin iyul ayında evdə tək olan vaxt Tural onlara gəlib, paltar almaq adı ilə şəhərə çıxmağı təklif edib: “Turalın sözlərinə inandım,birlikdə şəhərə çıxdıq.

Tural məni aldadaraq fürsətdən istifadə etdi, məni Gəncənin Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evinə qaçırdı. Həmin vaxt Turalın anası evdə idi. O, mənimlə söhbət etdi, Turalla evlənəcəyimizi bildirdi. Mən də anama zəng etdim, bu barədə məlumat verdim. Anamla telefonda danışanda Turalın anası telefonu məndən aldı, anama mənim 17 yaşım tamam olduqdan sonra Turalla evlənəcəyimi və həmin vaxtadək bir evdə yaşayacağımzı söylədi.

Anam Turalın evinə gələndə onu yenə inandırmağa çalışdı ki, mənim yaşı tamam olduqdan sonra evlənəcəyik. Hətta Turalın anası bildirdi ki, bizim yaşadığımız bina yataqxana tiplidir və pis yer olduğu üçün toya qədər Turalın evində yaşayım. Anam da onun sözlərinə inandı, bir söz demədi. Özüm də Turalın evində qalıb, yaşım çatdıqdan sonra evlənməyimə razı oldum.

Təxminən 2 gün sonra səhər tezdən Turalın anasını işə yola salmadım. Bunun üçün Tural mənə əsəbiləşdi. Evin içərisində yumruq-şillə ilə məni döydü. Lakin adımın pis çıxmaması üçün bu barədə anama heç nə demədim”.

“Mənə əzab verdi”

Səidə Əhmədova qeyd edib ki, 2019-cu ilin oktyabr ayında Tural və onun anası Gəncə şəhərində yerləşən “Sevincim” şadlıq evində onların toyu olacağını deyib: ”Toyumuz oldu. Toy qurtardıqdan sonra yaxın qohumlar bizi Turalın fərdi yaşayış evinə apardılar. Həmin gün ilk dəfə toy gecəsi təbii yolla cinsi əlaqədə oldum, bakirəliyim pozuldu.

Bundan sonra Tural və qaynanamla birlikdə yaşamağa başladıq. Bir müddət sonra Turalla xasiyyətlərimin uyğun gəlmədiyini dərk etdim.

Tural müxtəlif bəhanələrlə məni döyür, incidirdi. Siqareti yandıraraq közünü sağ əlimin ikinci barmağıma basaraq söndürməklə mənə əzab verirdi.

Artıq Turalın verdiyi əzablara, məni döyərək xəsarət yetirmələrinə dözə bilmədim. Tələb etdim ki, məni valideynlərimin yanına aparsın”.

“Mütəmadi olaraq cinsi əlaqədə oldu”

Səidə Əhmədovanın sözlərinə görə, Tural Hüseynov onu öz ata evinə aparıb: “Həmin vaxtdan valideynlərimlə birlikdə yaşayıram. Tural mənimlə ailə həyatı quran zaman, yəni toy gecəsi 14 yaşım olduğunu bilib. Ər-arvad münasibətlərində yaşadığımız müddətdə mənimlə mütəmadi cinsi əlaqədə olub. Birgə yaşadığımız evdə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Odur ki, Turalın barəsində onun ittiham edildiyi sanksiyada nəzərdə tutulmuş yuxarı həddə cəza verilməsiniistəyirəm”.

Bu cinayət işinə Gəncənin Nizami rayon Məhkəməsində Zaur Hünmətovun sədrliyi ilə araşdırılıb.

Tural Hüseynov 1 il müddətinə azadlıqdan məhrum edilib.teleqraf