Toy qaydalarının pozulmasına görə 6 nəfər cərimələnib, 33 nəfər şənliyə buraxılmayıbbackend

Avqustun 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 17 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 33 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.