Toydan qayıdan avtomobillər qəza törətdi, iki nəfər öldü – FOTObackend

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Yeni Gundem” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq digər nəqliyyat vasitələrinə çırpılıb.

Qəza zamanı ağır xəsarət alan və xəstəxanayai aparılan Hüseynov Rəşad Rəşid oğlu yolda dünyasını dəyişib. İsgəndərov Ayxan Qabil oğlu isə hadisə yerində ölüb.

Qeyd edək ki, qəzaya uğrayan hər üç avtomobildə olanlar toydan qayıdırmış.