Toylarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildibackend

İnternet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında (MR) keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.

Bu barədə Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyindən bildirilib.

“Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi bildirir ki, bu məlumat əsassızdır. Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək”, – deyə qeyd olunub.