“Toyota Prius” aşdı, sərnişinlər xəsarət aldı – FOTObackend

Hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

“Yeni Gündəm” xəbər verir ki, hərəkətdə olan “Chevrolet Aveo” markalı avtomobil idarəetməni itirərək “Toyota Prius” markalı avtomobilə çırpılıb.

Nəticədə “Toyota Prius” aşıb, avtomobildə olan sərnişinlər xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır. Qafqazinfo