Toyu olduğu deyilən məktəblinin “qayınata”sı danışdı – VİDEObackend

Azərbaycanda ərə verilən məktəbli qızın “qayınata”sı danışıb.

Bu barədə “Xəzər Xəbər” süjet hazırlayıb.

O, məktəbli qızın toyu olması xəbərlərini yalanlayıb.

Qızın “qayınata”sı sadəcə “həri” mərasiminin olduğunu qeyd edib:

“Ailə arasında “həri” mərasimi olub, toy olmayıb. Qız həddi buluğa çatanda toy olacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, Sabirabadda məktəbli qızın toyu barədə ilk məlumatı Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə yayıb.

“Sabirabad rayonu Qəzli kəndində doqquzuncu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacağam, anasının adı isə Zöhrədir”, – deyə K.Ağazadə paylaşımında qeyd edib.