Toyunda özünə şəhidlik arzulayan şəhidimizin büstü hazırlandı – FOTOLARbackend

Şəhid gizir Pəncəli Teymurovun büstü hazırlanıb.

“Yeni Gündəm”-in məlumatına görə, gənc heykəltəraş Elxan Zeynalov tərəfindən 2016-cı ilin Aprelin 2-də cəbhənin Talış istiqamətində Xüsusi təyinatlı qüvvələrin (XTQ) şəhidi gizir Pəncəli Teymurovun büstü hazırlanıb.

Gənc heykəltəraş “Yeni Gündəm”-ə açıqlamasında qeyd etdi ki, büst 1 ay ərzində ərsəyə gəldi.Dekarın 9-zu başlayıb, Yanvar ayının 5-də bitirdim.

Qeyd edək ki, öz toyunda özünə şəhidlik arzulayan şəhidimiz, igidimiz Teymurov Pəncəlinin büstü toyunda çəkilən fotodan hazırlanıb.

Allah şəhidlərimizə rəhmət eləsin.