Tramp 2024-cü ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürmək planlarını açıqlayıbbackend

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Tramp özü bəyanat verib.

Bu açıqlama Trampın Floridada tərəfdarlarına xüsusi müraciəti zamanı verilib.

“Mən bu axşam ABŞ prezidentliyinə namizədliyimi elan edirəm” deyən Tramp, “Amerikanı yenidən böyük və şanlı etmək üçün” bu qərarı verdiyini əlavə edib.

Açıqlamadan bir müddət əvvəl ABŞ Federal Seçki Komissiyası Trampın 2024-cü il üçün ABŞ prezidentliyinə namizədliyini irəli sürən ilk namizəd olduğunu təsdiqləyib.

ABŞ-ın hazırkı prezidenti Co Bayden ikinci prezidentlik müddətinə namizədliyini irəli sürmək planlarını noyabrın 9-da açıqlayıb və əlavə edib ki, məsələ ilə bağlı yekun qərar hələ verilməlidir və 2023-cü ilin əvvəlində ictimaiyyətə açıqlanacaq.