Tramp Ağ Evlə vidalaşdı – VİDEObackend

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp seçilmiş Prezident Co Baydenin andiçmə mərasiminə bir neçə saat qalmış Ağ Evlə vidalaşdıb.

“Yeni Gündəm” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin həyətinə enən helikopter Tramp ailəsini hava limanına aparacaq.

Daha əvvəl Trampla xanımının Ağ Evi səhər saat 08:00-da tərk edərək Palm-Biçə (Florida ştatı-red.) yollanacaqları barədə xəbər verilmişdi.

Qeyd edək ki, Co Baydeninin inauqurasiya mərasiminin yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red.) başlayacağı gözlənilir.