Tramp Belarusdakı vəziyyətdən danışdıbackend

“Belarusda vəziyyət qorxuncdur”.

“Yeni Gündəm” “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, Belarusdakı vəziyyəti yaxından izlədiyini əlavə edib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb. Seçkilərdən sonra nəticələrə etiraz olaraq nümayişlər keçirilir.APA