Tramp Davosa gedir: İraq lideri ilə görüşbackend

ABŞ Prezidenti Donald Tramp İraq Prezidenti Bərham Salehlə danışıqlar aparmağı planlaşdırır.

“Yeni Gündem” xəbər verir ki, bu məlumatı CBS televiziyası öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, görüşün Davos İqtisadiyyat Forumu çərçivəsində keçirilməsi nəzərdə tutulub. Hazırda tərəflər arasında iki liderin görüşünün gündəmi barədə məsləhətləşmələr aparıldığı vurğulanıb.

Trampın, həmçinin, Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə də görüşü planlaşdırılıb.