Trampın Facebook və Instagram hesabları yenidən açılacaqbackend

Meta şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın Facebook və Instagram hesablarının yenidən açılacağını açıqlayıb.

“Yeni Gundem” xəbər verir ki, Tramp 6 yanvar 2021-ci ildə ABŞ Konqresinə hücumu təriflədikdən sonra hesabları dayandırılıb. 76 yaşlı Tramp 2024-cü ildə yenidən ABŞ prezidenti seçilmək istəyir. 2016-cı ildə ABŞ prezidenti seçilən və 2020-ci ildə keçirilən prezident seçkilərində Co Baydenə uduzan Tramp yenidən namizədliyini elan etməyə hazırlaşır.