Transformatora müdaxilə edən şəxsi “tok” vurdubackend

Gədəbəy rayonunda kənddə işıqlar söndüyü üçün transformatora müdaxilə edən şəxsi “tok” vurub.

Gədəbəy rayon prokurorluğundan “Yeni Gündəm” -ə verilən məlumata görə, martın 25-də saat 19 radələrində Gədəbəy rayonu, Kərimli kənd sakini, 1969-cu il təvəllüdlü Hüseynov Şaiq Hüseyn oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Araşdırmalarla Şaiq Hüseynovun kənd ərazisində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatora müdaxilə edərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.