Tüfənglə çoban itini vuran şəxs saxlanıldıbackend

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Şabran Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb.

Həmin şəxsdən 1 ədəd sənədsiz tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.