Tural Abbaslıya toplantı keçirməyə icazə verilmədibackend

Bakının dənizkənarı restoranlarından biri Ağ Partiya sədri Tural Abbaslıya toplantı keçirməyə icazə verməyib.

“Yeni Gündəm”-in xəbərinə görə, restoran dekabrın 22-də, yəni bu gün keçirilməsi nəzərdə tutulan mərasimə əvvəlcə razılaşsa da, sonradan imtina edib. İmtinanın səbəbi açıqlanmayıb.

T.Abbaslının toyu dekabrın 21-də olub, ictimai-siyasi şəxslərin iştirakı nəzərdə tutulan mərasim isə dekabrın 22-nə təyin edilib.

Qeyd: Ağ Partiya sədri sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafil ilə ailə qurub.