Turan İbrahimov: “Sonuncu jurnalistlər binasındakı evləri məhz gözü yolda olan, imkansız jurnalistərə paylamaq lazımdır”backend

Jurnalistlər tanıyıram ki, sadist müdirlərinə, ağır iş rejiminə, qəpik- quruş maaşlarına dözərək illərlə eyni media orqanında işləyiblər. Ona görə dözüblər ki, ümid ediblər, o xəyalla yaşayıblar ki, bir gün Cənab Prezidentin tikdirdiyi məlum binalardan onlara ev veriləcək. Üstəlik bəzi sadist, empatiya hissindən məhrum rəhbərlər bunu gözəl bildikləri üçün, o ümidli gözləntini mümkün olan ən alçaq formada istismar ediblər. Həmin çarəsiz həmkarlarımızı “adını siyahıya saldıracam deyib” ovuclarının içində saxlayıblar. Niyə? Çünki bu ölkədə sıravi jurnalistlər öz halal maaşları ilə ev sahibi ola bilmirlər, mümkün deyil.

“Yeni Gundem” xəbər verir ki, bunu telejurnalist Turan İbrahimov bildirib.

“Məhz bunun üçün də məlum binalar tikilmədirmi? Məsələnin başqa tərəfləri sözümün canı deyil. Onsuz da o məlum tərəflərdən çox danışılıb. Dediyim odur ki, hələ də sahiblərinə paylanmamış, sonuncu jurnalistlər binasındakı evləri məhz gözü yolda olan, imkansız jurnalistərə paylamaq lazımdır. Heç olmasa bu dəfə və son dəfə əsl imkansız jurnalistlərə həm də. Doğrudan da o binadakı evlər dediyim jurnalistlərə yox, başqa ehtiyaclı şəxslərə paylanacaqsa bu ən böyük ədalətsizliklərdən biri olacaq. Nə Allaha xoş gedəcək, nə də bəndəyə. Bir gün ya elə, ya da belə qarşılarına çıxacaq”, – T.İbrahimov qeyd edib.