Turan Oqtay Əliyevin dəfn kadrlarına ÜSYAN ETDİ: “Haqqımı halal etmirəm” – FOTObackend

Məşhur prodüser Oqtay Əliyevin qəzada faciəvi şəkildə ölümü hər kəsi məyus etdi. Onun ölümü sosial şəbəkələrdə də müzakirə olunmağa davam edir.

Tanınmış aparıcı Turan İbrahimov Oqtay Əliyevin dünyasını dəyişdikdən sonra yaxınlarının pərişan vəziyyətdə mediada işıqlandırılmasına etirazını bildirib. Aparıcı bu barədə status yazaraq dünyasın dəyişən şəxslərin bu şəkildə ictimailəşdirilməsinə qarşı olduğunu qeyd edib.

Turan daha sonra yazdığı statusa aşağıdakı şərhi əlavə edib:

“Vəsiyyətimdir. Mən öləndə heç bir media orqanını nə evimin həyətində, nə evimin içində, nə də qəbrimin üstündə görmək istəmirəm. Doğmalarımın pərişan vəziyyətini çəkib yayanların isə, indidən Allah bəlasını versin. Haqqımı halal etmirəm!”