Türk professordan şok açıqlama: “Üçüncü dalğa başladı, artıq…” -Yenibackend

COVID-19 virusunun yeni mutasiyası pandemiyada üçüncü dalğanı gətirə bilər. Yoluxma sayı ölkələr üzrə getdikcə artmaqdadır.

Türkiyəli professor Mustafa Hasöksüz bu fikirdədir.

Onun sözlərinə görə, rəqəmlərin artması üçüncü dalğa riskindən xəbər verir: “Türkiyənin bəzi bölgələrində üçüncü dalğa başlayıb. Avropanın da bir sıra regionlarında bunun şahidi oluruq. Noyabr ayında yoluxma ilə bağlı 30 min rəqəmini görürdüksə, yanvarda bu say 5 minə qədər endi. İndi rəqəmlər yenidən artır. Yoluxmanın artması gündəlik test sayına da təsir göstərir”.

Professor hesab edir ki, ölkələr üçüncü dalğadan əvvəl sərt karantin tədbirləri görməlidirlər: “Əgər əvvəllər ailədə 1-2 nəfər xəstələnirdisə, artıq hər kəs virusa yoluxacaq. Mutasiya keçirmiş virus daha yoluxucudur. Əgər 7-9 gün müddətində sərt karantin tədbirləri tətbiq olunsa, nəticəsini görəcəyik