Türk PUA-sı rus texnikasını vurdu: Moskva qəzəbləndi – Rusiya tankları sərhədə irəliləyirbackend

Ukrayna ordusunun Donbasda separatçıların texnikasını vurması gərginliyi artırıb.

“Yeni Gündəm” Rusiya mediasına istinadən xəbər verir ki, bu hadisədən sonra Rusiya sərhədə hərbi texnikalar göndərir. Buna dair fotolar yayılıb. Ardınca isə Rusiyanın Müdafiə Nazirliyi uzun mənzilli Tu-22M3 qırıcılarının Qara dənizə cəlb edildiyini açıqlayıb. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Bayraktar” PUA-sından Donbasa zərbə endirildiyi xəbərini təsdiqləyib.

Baş Qərargah PUA-nın düşmənin topunu məhv etdiyini açıqlayıb.