Türk səfirdən Bakının azad olunması ilə bağlı paylaşımbackend
“Bu gün Bakının bolşevik və erməni qruplaşmasının işğalından qurtuluşunun 103-cü ildönümüdür”.
“Yeni Gündəm” xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Twitter” hesabında yazıb.
Səfir bildirib: “Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşanı, qəhrəman ordusunu və Qafqaz torpağında uyuyan minlərlə şəhidimizi hörmətlə yad edirik. Azərbaycan-Türkiyə: tək millət, iki dövlət”.