Türk Şurasının adı dəyişdirildibackend

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) adı dəyişdirilib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə bu gün İstanbulda keçirilən Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşündə qərar qəbul edilib.

Qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.

O qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilib.