Türkiyə apreldən turistlərin qəbuluna başlayacaqbackend

Türkiyə aprel ayından etibarən əcnəbi turistlərin qəbuluna başlayacaq.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “Habertürk” telekanalının efirində açıqlama verib.

“Yay mövsümünə aprel ayında başlamağı hədəfləyirik. İlk öncə turizm bölgələrində başlamaq hədəfimiz var. Aralıq dənizindən başlayaraq daha sonra Ege bölgəsinə yayılacaq. İlk növbədə Avropa ölkələrindən turistlər gözləyirik”,- deyə Ersoy qeyd edib.