Türkiyə bu qızdan danışır – Videobackend

Türkiyənin ATV telekanalında yayımlanan “Kim milyonçu olmaq istəyir?” verilişinin iştirakçısı Ümmü Gülsüm Genc ölkəsində gündəm olub.

“Yeni Gündem” xəbər verir ki, 4 yaşında ikən keçirdiyi xəstəliyə görə danışa bilməyən 27 yaşlı gənc suallara yazı lövhəsi vasitəsiylə cavab verib. Onun əzmkarlığı Türkiyədə rəğbətlə qarşılanıb.

Ümmü Gülsem apardığı mübarizə nəticəsində 125 min TL (36 min AZN) qazanıb.