Türkiyə-Ermənistan yaxınlaşmasına münasibət: “Azərbaycan prosesləri ləngitmək fikrində deyil”backend

Azərbaycan prosesə konstruktiv yanaşma sərgiləyir”.

Bu sözləri Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına Azərbaycanın mövqeyini şərh edən politoloq Turan Rzayev “Yeni Gundem”-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan heç bir maneçilik törətmir, əksinə, bunu dəstəkləyir:

“Noyabrın 25-də Bakıda ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən ölkə başçısı İlham Əliyev bildirmişdi ki, ölkəmiz Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması proseslərinin paralel şəkildə getməsini istəyir. Bu, həm də İrəvanın “Azərbaycan-Türkiyə ilə münasibətlərin normallaşmasına mane olur” tezisinə bir cavabdır. Nəzərə almaq lazımdır ki, Ermənistan və Türkiyə arasında münasibətlərdə normallaşma rəsmi Bakının maraqları əsasında inkişaf edir. Ermənistan nəzərə almalıdır ki, Azərbaycan prosesləri ləngitmək fikrində deyil. Sülh prosesinin ləngidilməsi, kommunikasiyaların gec açılması Ermənistanın, ilk növbədə, regionda iqtisadi-inkişafına maneədir. Digər tərəfdən isə bu vəziyyət Türkiyə ilə Ermənistan arasında olan kövrək münasibətlərin bitməsinə gətirib çıxara bilər”.

Gülşən

Yenigundem.az