Türkiyə Hava Yollarından təqdirəlayiq addımbackend

Türk Hava Yolları (THY) zəlzələ səbəbindən Elazığ və Malatya reyslərinə olan biletləri ödənişsiz dəyişdirəcək.

“Yeni Gündem” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə THY-nin rəsmi saytında yerləşdirilmiş elanda məlumat verilib.

Qeyd olunub ki, daxili və ya beynəlxalq uçuşlar fevralın 21-nə kimi hər hansı bir reyslə dəyişdirilə bilər. Bu zaman mübadilə pulsuz yerinə yetiriləcək: “İstifadə olunmamış biletlər pulsuz olaraq geri qaytarılacaq. Qismən istifadə olunan və natamam səyahət zamanı isə biletlərin qalan hissəsinin pulsuz olaraq geri qaytarılması nəzərdə tutulub. Biletin etibarlılıq müddəti heç bir rüsum və cərimə olmadan 21 fevral 2020-ci ilədək uzadıla bilər. Müvafiq tətbiqlər yalnız Türk Hava Yolları və AnadoluJet tərəfindən həyata keçirilən uçuşlar üçün etibarlıdır”.