Türkiyə hərbçilərini Bağdada göndərdi – Fotobackend

Türkiyə hərbi müşavirləri NATO- İraq Missiyası çərçivəsində İraq Ordusuna dəstək olmaq üçün Bağdada gedib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Bir briqada generalı daxil olmaqla ümumilikdə 25 hərbçi NATO- İraq Missiyasında xidmət edəcək”,- deyə nazirliyin tvitter hesabında qeyd olunub.