“Türkiyə iqtisadi təlatümlərin içərisindədir”backend

“Türkiyə yenə iqtisadi təlatümlərin içərisindədir. Siyasi-hərbi yaxınlıq öz yerində, Azərbaycanın ən böyük ticarət tərəfdaşı kimi bu ölkənin iqtisadiyyatında baş verənləri yaxından izləməyə məhkumuq. Üstəgəl, ən böyük xarici yatırımlarımız da Türkiyədədir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.

R.Ağayev bildirib ki, məzənnə sabitsizliyi və yüksək inflyasiya hazırda Türkiyənin ən ciddi  sorunlarıdır: “20 ay ərzində 4 dəfə Mərkəzi Bankının rəhbərinin dəyişməsi də bazarın həssaslığını artırır. Qlobal pandemiya iqtisadiyyatı xidmət ixracatından yüksək asılı olan ölkə üçün ciddi əlavə problemlər yaratdı. 2019-cu ildə cari hesabda yaranan 6.9 mlrd. USD profisiti 2020-də 36.7 mlrd. dollarlı defisit əvəzlədi. Səbəb xarici ticarət kəsirinin 2 dəfə artması, xidmətlər balansının müsbət saldosunun 2 dəfə azalmasıdır. Mərkəzin Bankın ehtiyatları da kritik həddə qədər azalıb – qızıl-valyuta ehtiyatlarının ümumu həcmi 90 mlrd. dollardan bir qədər çox, net həcmi isə daha azdır. Müqayisə üçün deyim ki, Azərbaycan iqtisadiyyatı Türkiyə iqtisadiyyatından az qala 20 dəfə kiçik olduğu halda 2 ölkənin valyuta ehtiyatları arasında fərq heç 2 dəfə də deyil. Yəni Türkiyə iqtisadiyyatının, eləcə də potensial risklərinin miqyası baxımandan son dərəcə məhdud ehtiyatlara malikdir. Ehtiyatlar ölkəni istənilən gözlənilməz iqtisadi risklərdən sığortalamaq üçün çox mühüm alətidir. Türkiyədə hazırda yaşananlar bir məqamı çox aydın göstərir: havayı resurs pulları olmayan siyasi hakimiyyətlər üçün demokratik siyasi, rəqabətli iqtisadi sistem qurmağın alternativi yoxdur. Müftə resurs gəlirləri idarəetmə bacarıqlarının, rəqabətli iqtisadi sistemin qazandırmalı olduğu pulların alternatividir. Əgər tale padişahlıq arsuzu ilə yaşayan siyasi liderlərin qarşısına zəhmətsiz dollar çıxarmayıbsa, padişahlıqdan vaz keçib demokrat olmaqdan savayı yol yoxdur. Ölkəsinin strateji maraqları naminə…”