Türkiyə İranla sərhədi beton sədlə bağladıbackend

Türkiyə Van bölgəsində, Türkiyə-İran sərhədi boyunca uzanan 20 kilometrlik beton səddin tikintisini başa çatdırıb.

“Yeni Gündəm” bu barədə Azadlıq Radiosuna istinadən məlumat verir.

Məqsəd qaçqın axını, qaçaqmalçılar və İrandan terrorçu ünsürlərin ölkəyə girişini əngəlləməkdir.