Türkiyə-Kuzey Kıbrıs iqtisadi əlaqələri mövzusunda toplantı keçirilibbackend

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) rəhbəri Hikmət Eren və bərabərindəki heyətin Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) səfəri çərçivəsində Türkiyə-KKTC İqtisadi Əlaqələr İmkanları adlı toplantı keçirilib.  “OLAYLAR”-a EkoAvrasiya rəhbəri Hikmət Eren bildirib ki, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Ersin Tatarın iştirakı, Kıbrıs Türk Ticarət Odası (KTTO), Avrasya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya), Avrasya Yönetici Sənayeçi və İş Adamları Dərəyinin (AYSİAD) təşkilatçılığı ilə keçirilən toplantı Girnə şəhərində baş tutub.

Hikmət Eren deyib ki, toplantıda KKTC-də istehsal edilən məhsulların Türkiyə bazarlarına çıxarılmasının hədəfləndiyini və həyata keçirilən çalışmalar nəticəsində KKTC iqtisadiyyatının Türkiyə ilə daha da inteqrasiya  olduğunu, bu prosesin davam etdiyini bildirən prezident Ersin Tatar Kuzey Kıbrısda  idxalın böyük bir bölümünün Türkiyədə istehsal edilən məhsullar olduğunu məmuniyyətlə qeyd edib: “KKTC-yə qoyulan sərmayələrə diqqət çəkən Ersin Tatar ölkənin bir turizm adası olaraq xarici turistlərin diqqətini çəkdiyini deyib. Eyni zamanda Türkiyədən qoyulacaq sərmayələrin artmasını hədəflədiklərini qeyd edib və bu məqsədlə çağırış edib. Toplantıda həmçinin, KTTO başqanı Turqay Deniz, EkoAvrasya İdarə Heyətinin sədri olaraq mən, AYSİAD İdarə Heyətinin rəhbəri Mahmut Çatlık da çıxış edib”.

Hikmət Eren bildirib ki, səfər zamanı prezident Ersin Tatar EkoAvrasya və AYSİAD heyətini də qəbul edib: “Qəbulda EkoAvrasya İdarə Heyətinin rəhbəri olaraq mən, sədr müavinləri Kemal Kurnaz və Faruk Aktarlı, AYSİAD rəhbəri Mahmut Çatlık, İdarə Heyətinin üzvləri Bülent Topuz, Kemal Yamuç, Erol Akça, KKTC Prezident Administrasiyasının mətbuat katibi Aydın Akkurt, prezidentin siyasi işlər üzrə sözçüsü Anıl Kaya və digər rəsmi şəxslər iştirak edib”.

Hikmət Eren qeyd edib ki, səfər çərçivəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) maliyyə naziri Dursun Oğuzla da görüş keçirilib.