Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdibackend

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadının (YPG) 6 üzvünü məhv edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, terrorçular “Sülh bulağı”, “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları zonasına girməyə çalışıblar.

Qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələri terrora və terrorçulara qarşı qətiyyətlə mübarizəsini davam etdirir.