Türkiyə PA: “Ərdoğana 19 ölkənin dövlət və hökumət başçısından təbrik zəngi gəlib”backend
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 19 ölkənin dövlət və hökumət başçılarından təbrik zəngi gəlib.
Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun tviter hesabında yazıb.
“Dünya liderləri Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın seçki qələbəsini qeyd etməyə davam edir.
Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, ABŞ, Rusiya, Ukrayna, İngiltərə, Almaniya, Fransa, Niderland, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Fələstin, İsrail, Liviya, Pakistan, Qvineya-Bisau dövlət və hökumət başçıları birbaşa zəng edərək təbriklərini çatdırıblar. Prezidentimizə indiyədək 19 ölkədən təbrik zəngləri gəlib”, – Fəxrəddin Altun qeyd edib.
“Bundan əlavə, 100-dən çox ölkənin və beynəlxalq təşkilatların rəhbərləri yazılı müraciətdə dövlətimizin başçısının yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıblar.
Prezidentimiz ikitərəfli münasibətlərimizin yaxşılaşdırılması, regional və qlobal problemlərin həlli, yeni dövrdə sülh və sabitliyə töhfə vermək üçün lider diplomatiyası imkanlarından istifadəyə davam edəcəkdir”, – Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri vurğulayıb.