Türkiyə PUA-lardan sonra elə bir silah hazırladı ki… – Hücum üçünbackend

Türkiyə Milli Müdafiə Nazirliyi “ULAQ” silahlı qayıqlarını istifadəyə verib.

“Yeni Gündəm” xəbər verir ki, bu, insansız, ekipajsız qayıqlardır. Silahlı qayıqlar 11 metr gövdəyə malikdir.

Qayıq 2 tona qədər yük daşıya bilir, sürəti 65 km/saatdır və 400 km mənzillidir.

Eyni zamanda, 200 km məsafədən siqnal və xəbər ötürmək xüsusiyyətinə malikdir. Bu qayıqlardan həm kəşfiyyat, həm də hücum üçün istifadə ediləcək.