Türkiyə rəsmisi xəbərdarlıq etdi, The New York Times səhvini düzəltdibackend

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “The New York Times” qəzetinə məktub yazıb.

“Yeni Gündəm”-in məlumatına görə, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun yeni növ koronavirus (Kovid-19) epidemiyasıyla mübarizədə müvəffəqiyyət əldə etmiş ölkələrlə bağlı baş məqaləsində Türkiyəyə yer verməyən ABŞ-ın “The New York Times” qəzetinə məktub yazıb.

Fəxrəddin Altun Türkiyəni hər fürsətdə qaralayan və son olaraq koronavirus epidemiyasıyla mübarizədə müvəffəqiyyət əldə etmiş ölkələrlə bağlı baş məqaləsində Türkiyəyə yer verməyən “The New York Times” qəzetinə məktub yazaraq, qəzeti səhvini düzəltmək məcburiyyətində qoyub.

“The New York Times” qəzetində 1 mayda dərc olunan “Böhranda Gerçək Liderlər Ortaya Çıxır” sərlövhəli baş məqalədə Almaniya başda olmaqla bəzi ölkələrin koronavirusla mübarizələrinə təriflər yağdırılarkən Türkiyənin uğurlarından bəhsedilməyib.

Bu səbəblə “The New York Times” qəzetinə xitabən məktub yazan F.Altun Türkiyənin gözardı edildiyi məqaləyə rəqəmlərlə cavab verib.

“The New York Times” qəzetinin internet saytında da yayımlanan məktubda Altun “Baş məqalənizdə uğur hekayəsi olaraq təriflər yağdırılan Almaniyada 1 milyon nəfərdən 83-ü Kovid-19 səbəbilə öldüyü halda, bu rəqəmin təxminən 40 səviyyəsində olduğu Türkiyədən bəhsedilməməsi diqqət çəkicidir”, – deyə bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə hökumətlərin 2002-ci ildən bəri səhiyyə sisteminə milyardlarla dollar sərmaye qoyduğunu bildirən Altun bu sərmayələr sayəsində yeni yoluxmaların qarşısının alındığını və 60 mindən çox vətəndaşın müvəffəqiyyətlə müalicə olunduğunu vurğulayıb.

Altun dövlət orqanlarının özəl sektorla əməkdaşlıq etməklə lazımi addımları ataraq bütün vətəndaşlara pulsuz maska payladığını, Türkiyənin ABŞ daxil olmaqla 57 ölkəyə tibbi ləvazimat və süni tənəffüs aparatı göndərdiyini xatırladıb.

The New York Times-ın Altunun məktubunu dərc etmək məcburiyyətində qalması, səhvin qəbul edilməsi kimi qiymətləndirilib.