Türkiyə seçkilərdən sonra İsveçlə NATO-ya üzvlüklə bağlı danışıqları planlaşdırırbackend

Ölkədəki seçkilərdən sonra Türkiyə hakimiyyəti İsveçlə NATO-ya üzvlüklə bağlı danışıqları planlaşdırır.

”Yeni Gundem” bu barədə mənbəyə istinadən xəbər verir.

“Seçkilərdən sonra, ola bilsin ki, iyunun əvvəlində məsləhətləşmələrin növbəti raundu olacaq.

İsveçin alyansa qoşulma perspektivlərini qiymətləndirən mənbə qeyd edib ki, “hər şey Stokholmun gələcək addımlarından asılı olacaq”.

Daha əvvəl bildirilmişdi ki, Finlandiya Müdafiə Nazirliyi yeni İsrail-Amerika hava hücumundan müdafiə sistemi alacaq.

Bildirilir ki, sistemin təchizatına İsrailin “Rafael Advanced Defence Systems” şirkəti cavabdeh olacaq. Alınma dəyəri, əlavə dəyər vergisi istisna olmaqla, təxminən 316 milyon avro təşkil edir.

David’s Sling, İsrail və ABŞ-ın birgə hazırladığı uzun mənzilli hava hücumundan müdafiə sistemidir.

Finlandiya Müdafiə Nazirliyi qeyd edib ki, sistemi satmaq üçün ölkə ABŞ hökumətindən satış icazəsi almalıdır.

Elnurə